Azərbaycanla Ermənistan arasında mal ixrac edildiyinə dair yayılan məlumata aydınlıq gətirilib
06.07.2015 611 0.0 0

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Son günlər bəzi yerli kütləvi informasiya vasitələrində Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair yayılan məlumata aydınlıq gətirib.

Qazeta.info-nun məlumatına görə, DGK-nin açıqlamasında qeyd edilib ki, "bəzi yerli kütləvi informasiya vasitələrində Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair  fakt yer alıb. Orada göstərilirki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.

 DGK rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasi arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar