Azərbaycanın daha 2 boksçusunun Avropa çempionatındakı ilk rəqibi dəqiqləşib
17.06.2017 817 0.0 0

Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib. Məlumata görə, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Vahid Hambli (Fransa) ilə gücünü yoxlayacaq.

Olimpiya mükafatçısının rəqibinin adı yarışın startı günü məlum olub. 1/16 finalda Fredi Çiobanunu (Rumıniya) 5:0 hesabı ilə məğlub edən fransalı boksçu mərhələ adladığından, 1/8 finalda Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan kubalı legioner Çiobanu ilə iyunun 19-da döyüşəcək.

91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədrəsul Məcidov isə 1/8 finalda Petar Belberovla (Bolqarıstan) üz-üzə gələcək. 2 qat dünya çempionunun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Aleksandr Kaleyevi (Belarus) mübarizədən kənarlaşdıran bolqarıstanlı boksçu ilk mərhələdən azad olan Məcidovla qarşılaşmaq hüququ əldə edib. Bu görüş də iyunun 19-da olacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar