Azərbaycanın 51 təhsil müəssisəsi keyfiyyətli hazır isti yeməklə təchiz ediləcək
07.02.2017 786 0.0 0

Təhsil Nazirliyi Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların aprel-dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin satın alınması məqsədi ilə açıq tender prosedurunu elan edib.
 
Nazirlikdən verilən xəbərə görə, keyfiyyətli hazır isti yeməklə təchizat ilə bağlı iş və xidmətlər 51 təhsil müəssisəsini əhatə edəcək. Təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Nazirlər Kabinetinin 09.03.1994-cü il tarixli 103 nömrəli, 21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş qida normativlərinə riayət olunmalıdır. İddiaçılar tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq ,ikiqat bağlı zərfdə (əsli və surəti) 27 mart saat 17-00 kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən sənədlər (tender təklifləri istisna olmaqla) tələb olunan qaydada hazırlanıb, 07 mart 2017-ci il tarixinədək tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar. Açıq tender proseduru 28 mart tarixdə saat 12-00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyinin iclas zalında keçiriləcək. Açıq tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq keçiriləcək. Tender iştirakçıları tərəfindən "Dövlət satınalmaları haqqında" Qanunun və Əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən tender sənədlərinin və təkliflərinin təqdim edilməsi həmin sənədlərin və təkliflərin kənarlaşdırılmasına səbəb ola bilər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar