Azərbaycanda təhsil şöbəsi müdirləri və məktəb direktoru nöqsanlara görə işdən uzaqlaşdırılıb
12.11.2015 590 0.0 0

Azərbaycanda iki rayonun təhsil şöbəsinin müdiri nöqsanlara görə tutduqları vəzifədən kənarlaşdırılıb. 
 
Bu barədə  Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə vəzifədən azad olunublar.
 
Bundan başqa, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları vəzifədən azad ediliblər.
 
Məlumatda o da bildirilib ki, Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. /apa|


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar