Azərbaycanda mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində ölənlərin kimliyi bəlli olub
13.05.2016 5195 0.0 0

Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub.
 
APA-nın xəbərinə görə, Əliyev Qabil Adil oğlunun idarə etdiyi “Ford” markalı, 90 MJ - 647 dövlət nömrə nişanlı mikroavtobusla sürücüsü məlum olmayan 90- JF-588 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşınının toqquşması nəticəsində Astara rayonu Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Quliyeva, 1981-ci il təvəllüdlü Ramin Quliyevin öldüyü açıqlanıb.
 
Qəza zamanı xəsarət alanlar isə Ərçivan kənd sakinləri - 1992-ci il təvəllüdlü Turan Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, Şiyəkaran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Çayoba kənd sakini 1957-ci il təvəllüd Məhərrəm Əliyev, 2003-cü il təvəllüdlü Maral Fərhadova, Qəcimarda kənd sakini Xudaşirin adlı şəxsdir.
 
Maral Fərhadova və Məhərrəm Əliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.
 
Yük maşınının sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.  
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Qazeta.info əlavə olaraq bildirir ki, ilkin yayılan məlumatda isə 4 sərnişin öldüyü, 7 nəfərin isə xəsarət alması haqda xəbər yayılmışdı.

 

 

 

 

*****

Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

 

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

 

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar