Azərbaycanda meyvə-tərəvəz satışı ilə bağlı yeni qayda olacaq
24.11.2015 651 0.0 0

Azərbaycanın bölgələrdə bütün mövsümi meyvə və tərəvəzlərin tərkibinin yoxlanılmasını təmin edəcək referent laboratoriyaların yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir.

Qazeta.info bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Trend-ə bildirilib ki, artıq Yevlax və Şirvanda iki laboratoriya tikilib, Xaçmazda isə laboratoriya binası tikilməkdədir: “Laboratoriyaların tələb olunan avadanlıqlarla təchiz edilməsi, tam təmir edilməsi, mütəxəssislər üçün treninqlərin keçirilməsi nəzərdə tutulur. Laboratoriyalar yaxın vaxtlarda işləməyə başlayacaq”.

Xidmətdən deyilib ki, ümumilikdə 8 bölgədə referent laboratoriyaların tikilməsi nəzərdə tutulub. Bu laboratoriyaların istifadəyə verilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar