Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdirilir
26.01.2018 749 0.0 0

Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək.

Qazeta.info “Report”-a stinadla  xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.

O bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir: “Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllərinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar