Azərbaycanda fəxri adlara görə verilən təqaüdlərin məbləği açıqlanıb
29.03.2022 302 0.0 0

“Azərbaycanın sosial-iqtisadi inkişafındakı xidmətlərə görə Prezidentin müvafiq sərəncamlarına əsasən Xalq artisti, Xalq yazıçı və s. fəxri adlar alan şəxslərə müavinətlərin verilməsi nəzərdə tutulub. Fəxri adlara görə Xalq artisti və Xalq rəssamı üçün 180 manat təqaüd verilir”.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

Onun sözlərinə görə, Əməkdar elm xadimi, Əməkdar jurnalist və s. adı olan şəxslərə 120 manat məbləğində təqaüd təyin edilərək ödənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar