Azərbaycanda erkən nikahlar ən çox bu rayonlarda qeydə alınır - SİYAHI
31.03.2016 881 0.0 0

2015-ci ildə Azərbaycanda erkən nikah faktlarının ən çox qeydə alındığı rayonların adları açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov  bildirib ki, 2015-ci ildə erkən nikah halları ən çox Şabran (18 fakt), Ağsu (22 fakt), Salyan (27 fakt) və Şəkidə (37 fakt) qeydə alınıb.
 
Şöbə müdiri əlavə edib ki, ötən il Lerik və İsmayıllı rayonlarında erkən nikah faktları qeydə alınmayıb: “2015-ci ildə erkən nikahlar Bakı (17 fakt), Sumqayıt (1 fakt), İmişli (7 fakt), Sabirabad (13 fakt), Goranboy (1 fakt), Gəncə (8 fakt), Lənkəran (1 fakt), Qobustan (2 fakt), Füzuli (2 fakt), Samux (1 fakt), Ağdam (3 fakt), Ağdaş (1 fakt), Ağcabədi (7 fakt), Cəbrayıl (1 fakt), Cəlilabad (15 fakt), Beyləqan (7 fakt), Bərdə (2 fakt), Balakən (1 fakt), Daşkəsən (1 fakt), Göygöl (5 fakt), Göyçay (5 fakt), Hacıqabul (10 fakt), Kəlbəcər (1 fakt), Masallı (11 fakt), Neftçala (9 fakt), Oğuz (2 fakt), Qax (1 fakt), Quba (2 fakt), Qubadlı (1 fakt), Qəbələ (1 fakt), Saatlı (11 fakt), Siyəzən (4 fakt), Ucar (7 fakt), Xaçmaz (1 fakt), Xızı (1 fakt), Zaqatala (3 fakt), Yardımlı (8 fakt), Zərdab (5 fakt), Şuşa (1 fakt) və Şamaxıda (2 fakt) qeydə alınıb”.
 
E. Səfərov qeyd edib ki, 2015-ci ildə erkən nikah faktlarına görə 52 cinayət işi açılıb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar