Azərbaycanda dövlət balansında olan avtomobillər ucuz qiymətə satışa çıxarıldı-SİYAHI
31.10.2016 6446 0.0 0

Qazeta.info Əmlak Məsələləri  Dövlət Komitəsinə istinadla bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Bu dəfə  29 noyabr 2016-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırırıq.

 

 

Qeyd: 1-2-ci sətirdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

3-cü sətirdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi 5 saylı Xəzinədarlıq İdarəsi balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır

4-7-ci sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

8-9-cu sətirdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

 

Qazeta.info əlavə olaraq  qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar