Azərbaycanda daha bir bank bağlandı - Mərkəzi Bankdan daha bir qərar
29.01.2016 743 0.0 0

Azərbaycanda daha bir bankın lisenziyası ləğv olunub.

Qazeta.info "Qafqazinfo"nun məlumatına əsasən xəbər verir ki, Mərkəzi Bankın ötən gün keçirilən iclasında “Texnika Bank”ın  lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edilib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.

“Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev açıqlamasında bildirib ki, dövlət orqanlarının qərarı nə olacaqsa, ona  hörmətlə yanaşacağıq: “Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar