Azərbaycanda çörək-bulka məmulatları üçün yeni standart tətbiq olunacaq
04.01.2016 738 0.0 0

Azərbaycanda standart istehlak tarasına qablaşdırılmış, ölkə ərazisində topdan və pərakəndə satış üçün nəzərdə tutulmuş, ictimai iaşə müəssisələrinə, məktəblərə, uşaq, müalicə müəssisələrinə və istehlakçılara bilavasitə xidmət göstərən digər müəssisələrə çatdırılan yerli və xarici ölkə ərazisində topdan və pərakəndə satış üçün nəzərdə tutulmuş çörək – bulka məmulatları üçün əsas tələblər müəyyənləşdirilib.
 
Məlumata görə, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının təsdiq etdiyi  AZS 843-2015 (QOST R 51074-2003) “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər” dövlət standartında əksini tapıb.
 
Dövlət standartına əsasən  ədədlə çəkilib qablaşdırılmış çörək – bulka məmulatları qablaşdırılarkən üzərində məhsulun adı, istehsalçının adı və yerləşdirdiyi yer (ölkə daxil olmaqla hüquqi ünvan, hüquqi ünvana uyğun olmadıqda Azərbaycan Respublikasında yerləşən, lazım olduqda istehsalçı tərəfindən bu ərazidə istehlakçılardan gələn iradları qəbul etmək vəzifəsi ilə səlahiyyətləndirilmiş təşkilatın (əgər varsa) ünvanı, istehsalçının əmtəə nişanı (əgər varsa), netto  kütləsi, məhsulun tərkibi, qida dəyərliliyi, qida əlavələri, aromatizatorlar, qidaya bioloji aktiv əlavələr, qeyri - ənənəvi tərkibli qidaların inqrediyentləri, təyinatı nəzərə alınmaqla xüsusi məhsullar üçün vitaminlərin (vitaminləşdirilmiş məhsullar üçün), sellülozun,  qida liflərinin və başqa komponentlərin miqdarı, istehsal tarixi və qablaşdırma tarixi, saxlanma müddəti, yararlılıq müddəti (bublik və suxarı məmulatları, çubuqlar, çörək çubuqları, piroq, pirojki, ponçiklər üçün), məhsul istehsalına əsas verən normativ sənədin işarəsi, uyğunluğun təsdiq edilməsi haqqında məlumat və saxlanma şəraiti ilə əlaqədar məlumatlar əksini tapmalıdır.
 
Qablaşdırılmamış çörək – bulka məmulatlarının satışı və ictimai iaşə müəssisələrinə, məktəblərə, uşaq, müalicə müəssisələrinə və istehlakçılara bilavasitə xidmət göstərən digər müəssisələrə çatdırılan zaman ticarət zalında təqdim edilmiş məlumat kağızında məhsulun adı, istehsalçının adı və yerləşdirdiyi yer (ölkə daxil olmaqla hüquqi ünvan, hüquqi ünvana uyğun olmadıqda Azərbaycan Respublikasında yerləşən, lazım olduqda istehsalçı tərəfindən bu ərazidə istehlakçılardan gələn iradları qəbul etmək vəzifəsi ilə səlahiyyətləndirilmiş təşkilatın (əgər varsa) ünvanı, netto kütləsi, məhsulun tərkibi (vitaminlərin miqdarı (vitaminləşdirilmiş məhsullar üçün), qida əlavələri, aromatizatorlar, qidaya bioloji aktiv əlavələr, qeyri - ənənəvi tərkibli məhsulların inqrediyentləri, qida dəyərliliyi, təyinatı nəzərə alınmaqla  xüsusi məhsullar üçün sellülozun, qida liflərinin və digər komponentlərin miqdarı, istehsal tarixi və saatı, satılma müddəti, yararlılıq müddəti (piroqlar, pirojoklar, ponçiklər üçün), məhsul istehsalına əsas verən normativ sənədin işarəsi, uyğunluğun təsdiq edilməsi haqqında məlumatlar yazılmalıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar