Azərbaycanda bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq
30.04.2016 669 0.0 0

Azərbaycanda 2018-ci ildə bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq.
 
Məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-2018-ci illərdə dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsini həyata keçirməlidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar