Azərbaycanda avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
23.07.2015 646 0.0 0
 İyulun 23-ü axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, hadisə Şabran – Ərəblər yolunda qeydə alınıb.

 

1969-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əliyev Qərib Mövlud oğlunun idarə etdiyi 85 BK 327 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü ölüb, iki sərnişin xəsarət alıb. Onlar Xaçmaz rayon sakinləri ata və oğul, Eynulla Ağadadaşov və 1992-ci il təvəllüdlü İnşallah Ağadadaşov müxtəlif  bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İ.Ağadadaşovun vəziyyəti orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar