Azərbaycan XİN Misirlilərin qətlə yetrilməsinə münasibət bildirdi
16.02.2015 667 0.0 0
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsinə dair açıqlam verib.
 
H.Hacıyev bildirib ki, Biz Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı veririk.
 
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.
 
Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir.  

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar