Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyi tarix bəlli olub
12.05.2016 826 0.0 0

 “Azərbaycan və Ermənistan prezidentləri Serj Sarkisyan və İlham Əliyev mayın 16-da Vyanada görüşə bilər”.
 
Məlumata görə, bu barədə Rusiyanın  “İnterfaks” agentliyi məlumat yayıb.
 
“İstisna deyil ki, prezidentlərin görüşü mayın 16-na təyin olunacaq”, - deyə agentlik qeyd edib.
 
Hələlik tərəflərin rəsmi mənbələri prezidentlərin mümkün görüşü barədə şərh verməyib.
 
Qeyd edək ki, görüşdə həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirakı gözlənilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar