Azərbaycan təmsilçisinin `Avroviziya-2022`də ifa edəcəyi mahnı seçilib
07.03.2022 442 0.0 0

Azərbaycanı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Nadir Rüstəmlinin ifa edəcəyi mahnı seçilib.

Trend xəbər verir ki, bu barədə ifaçı öz "Instagram" səhifəsində bildirib.

"Ən çox sizinlə paylaşmaq istədiyim xəbəri nəhayət paylaşıram - MAHNIMIZ SEÇİLİB! Hətta onu artıq studiyada da yazmışıq!", - N. Rüstəmli bildirib.

Qeyd edək ki, "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək. Yarımfinallar mayın 10 və 12-də, final isə mayın 14-də baş tutacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar