Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib-FOTO
27.01.2016 644 0.0 0

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib.

Məlumata görə, mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” super turnirində təqdim ediləcək.
 
Mükafatın qalibini jüri – ailəsi adindan qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktor Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçəcək.
 
“Fair-play” qaydalarına riayət edən şahmatçı qalib adına layiq görüləcək.
 
Qalib seçilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınacaq.
 
Mükafat yanvarın 31-də Veyk-an-Zee super turnirinin bağlanış mərasimi zamani təqdim ediləcək./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar