Azərbaycan prezidenti: Rusiya silahının ən ciddi alıcılarından biriyik
18.10.2016 574 0.0 0

 “Biz Rusiya ilə yanaşı Türkiyə, İran, Belarus və digər dövlətlərdən silah alırıq. Həmçinin Pakistandan silah almaq niyyətindəyik. Pakistanın hərbi sənayesi kifayət qədər inkişaf edib və bu bizə çox yaxın dost dövlətdir”.

 

Məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində deyib.

 

Bununla yanaşı dövlət başçısı qeyd edib ki, silah ticarətində Azərbaycanın əsas tərəfdaşı Rusiyadır. Onun sözlərinə görə, Rusiya ilə ümumi dəyəri 5 milyard dollar olan sazişlər imzalanıb və onların əksəriyyəti yerinə yetirilib.

 

“Yəni, bu gün Azərbaycan ordusunda əsasən Rusiya istehsalı olan silahlardır. Bu əməkdaşlıqdan məmnunuq. Biz Rusiya silahının ən ciddi alıcılarından biriyik və əməkdaşlığımızın səviyyəsi yaxşıdır. Digər yerlərdə silah almağımıza gəldikdə isə bu, yəqin ki, təbiidir. Silah biznesi elədir ki, burada nə isə gizlətmək mümkün deyil”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar