Azərbaycan Premyer Liqası: Turun rəmzi komandası və oyunçusu müəyyənləşib
01.05.2019 486 0
Azərbaycan Premyer Liqasında XXVI turun rəmzi komandasının tərkibi açıqlanıb.
Qazeta.info "Report"un məlumatına əsasən bildirir, İnStat şirkətinin təhlili əsasında "11-liy"ə "Qarabağ"ın 6, "Keşlə"nin 4, "Sumqayıt"ın 1 futbolçusu düşüb. Onlardan Abdullah Zubir 10-cu dəfə siyahıda yer alıb. O həm də turun oyunçusu sayılıb.
Qapıçı: Davud Kərimi ("Keşlə")
Müdafiəçilər: Donald Gerrye ("Qarabağ") - 7, Edvinas Girdvanis ("Keşlə") - 2, Bədavi Hüseynov ("Qarabağ") - 7, Sərtan Taşkın ("Sumqayıt") - 2
Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ") - 10, Əmir Ağayev ("Sumqayıt"), Markos Madera ("Qarabağ") - 7, Dani Kintana ("Qarabağ") - 9
Hücumçular: Mahir Mədətov ("Qarabağ") - 9, Conatan Ayite ("Keşlə") - 2.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər