Azərbaycan Parlament Jurnalistləri Birliyi səfirlərə müraciət edib
02.11.2016 677 0.0 0

Parlament Jurnalistlər Birliyi (PJB) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinə müraciət edib. Müraciətdə məqsəd geniş müsahibələrin hazırlanmasıdır.
Bu barədə “Report”a PJB sədrinin müavini Aqil Aslan məlumat verib.
Onun sözlərinə görə, noyabr ayından etibarən təşkil ediləcək görüşlərdə yazıların hazırlanması ilə yanaşı səfirliklərlə əlaqələr, xarici ölkələrin mediası ilə əməkdaşlıq məsələləri də prioritetdir. “Biz səfirliklərin dəstəyi ilə xarici ölkələrin jurnalist təşkilatları, mətbuat orqanları ilə əməkdaşlığı daha da intensivləşdirmək niyyətindəyik. Məqsədimiz xarici mətbuatla münasibətlər qurub Qarabağ həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımının xarici mediada işıqlandırılmasına nail olmaqdır”, - deyə, Aqil Aslan bildirib.
Qeyd edək ki, PJB bu gündən başlayaraq xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının başçılarına rəsmi müraciətlər göndərib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar