Azərbaycan ordusu 60-cı yerdə - Dünyanın ordu reytinqi
06.10.2016 1103 0.0 0

Dünyanın ən güclü ordularının bu ilki reytinq cədvəli tərtib edilib.

Qazeta.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ən güclü orduların yeni reytinqini Amerikanın “Global Fire Power” araşdırma mərkəzi açıqlayıb.

Hər il olduğu kimi bu il də siyahıda 126 ölkə yer alıb. Orduların gücü, şəxsi heyətin, ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülən reytinq cədvəlinin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya və İtaliya qərarlaşıb.

Dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan 60, Ermənistan isə 94-cü pillədə dayanıb.

Qeyd edək ki, ötən ilki reytinq cədvəlində Azərbaycan döyüş gücünə görə 63, Ermənistan isə 74-cü pillədəydi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar