Azərbaycan nefti bahalaşdı
09.11.2016 730 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,65 dollar azalaraq 43,33 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,48 dollar azalaraq 44,56 dollar olub.

 

Neftin ucuzlaşmasına noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən respublikaçı namizəd Donald Trampın liderliyi qoruyub saxlaması barədə məlumat səbəb olub. Belə ki, ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp əslərin 49,9%-ni, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hilari Klinton isə səslərin 46,2%-ni toplayıb. Bəzi mütəxəssislər hesab edir ki, D.Trampın tam qələbəsindən ABŞ iqtisadiyyatına ziyan dəyə və neftə olan tələbat aşağı düşə bilər.  

 

Azərbaycan neftinin qiyməti artıb.


"APA-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,7 dollar və ya 1,54% artaraq 46,10 dollar təşkil edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar