Azərbaycan, Gürcüstan və Türkiyə MN-lər bir araya gəlib-Foto
02.04.2015 591 0.0 0

Qazeta.info Müdafiə nazirliyinə istinadla bildirir ki, Aprelin 2-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə nazirlər müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlıq fəaliyyətlərini nəzərdən keçirib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdən sonra, Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli formatda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.
Hər üç nazir görüşün yekunları barədə mediaya məlumat verib.
Növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçirilməsi planlaşdırılır.

Daha sonra , Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün iştirakçıları Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüblər.
İ.Qaribaşvili qonaqları salamlayaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafından razılıqla danışıb, hər üç ölkənin müxtəlif strukturları, o cümlədən müdafiə nazirlikləri arasında üçtərəfli görüşlərin keçirilməsini yüksək qiymətləndirib. 
Baş nazir deyib ki, bu cür tədbirlər ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar açır. 
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə, tədbir iştirakçıları adından minnətdarlıq edib. Nazir bildirib ki, üçtərəfli görüşdə olduqca mühüm məsələlər müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşün iştirakçıları Tbilisinin mərkəzində "Qəhrəmanlıq meydanı"na gələrək abidə kompleksi önünə nümayəndə heyətləri adından əklil qoyublar.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar