Azərbaycan-Aİ danışıqlarının vaxtı dəyişdirilib
08.11.2017 917 0.0 0

Azərbaycan və Avropa İttifaqıarasında imzalanacaq yeni sazişin siyasi mərhələsi üzrə müzakirələrin vaxtı dəyişib.

 

Bu barədə Aİ-nin Siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, görüşün noyabrın 27-28-də Brüsseldə keçirilməsi nəzərdə tutulur. D. Danilidis qeyd edib ki, müzakirələrin vaxtı tərəflərin sıx qrafiki ilə əlaqədar dəyişdirilib.

 

Qeyd edək ki, daha əvvəl görüşün noyabrın 6-7-də keçirilməsi planlaşdırılırdı. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar