Avropa Liqası: Bu gün IV turun görüşləri keçiriləcək - AFİŞA
07.11.2019 107 0.0 0

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Kiprdə APOEL-in qonağı olacaq. A qrupunun digər matçında lider "Sevilya" Lüksemburqda "Düdelanj"la üz-üzə gələcək.

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu Fransa "Sent-Etyen"ini qəbul edəcək.

Türkiyə təmsilçilərinin hər üçü bu tur oyunlarını səfərdə keçirəcək. "Trabzonspor" Rusiyada "Krasnodar"la, "Başakşehir" Avstriyada "Volfsberq"lə, "Beşiktaş" isə Portuqaliyada "Braqa" ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün Portuqaliyada "Gimaraynş" və İngiltərənin "Arsenal" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

7 noyabr

A qrupu

21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

21:55. "Düdelanj" (Lüksemburq) - "Sevilya" (İspaniya)

Xal durumu: "Sevilya" - 9, "Qarabağ" - 4, "Düdelanj" - 3, APOEL - 1.

B qrupu

21:55. "Kopenhagen" (Danimarka) - "Dinamo" (Kiyev, Ukrayna)

21:55. "Luqano" (İsveçrə) - "Malmö" (İsveç)

Xal durumu: "Kopenhagen" - 5, "Dinamo" - 5, "Malmö" - 4, "Luqano" - 1

C qrupu

21:55. "Bazel" (İsveçrə) - "Xetafe" (İspaniya)

21:55. "Krasnodar" (Rusiya) - "Trabzonspor" (Türkiyə)

Xal durumu: "Bazel" - 7, "Xetafe" - 6, "Krasnodar" - 3, "Trabzonspor" - 1.

D qrupu

21:55. "Rusenborq" (Norveç) - "Sportinq" (Portuqaliya)

21:55. LASK (Avstriya) - PSV (Hollandiya)

Xal durumu: PSV - 7, "Sportinq" - 6, LASK - 4, "Rusenborq" - 0

E qrupu

21:55. "Latsio" (İtaliya) - "Seltik" (Şotlandiya)

21:55. ÇFR (Rumıniya) - "Renn" (Fransa)

Xal durumu: "Seltik" - 7, ÇFR - 6, "Latsio" - 3, "Renn" - 1.

F qrupu

21:55. "Standard" (Belçika) - "Ayntraxt" (Frankfurt, Almaniya)

6 noyabr

21:55. "Gimaraynş" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 1:1

Xal durumu: "Arsenal" - 10, "Ayntraxt" - 6, "Standard" - 3, "Gimaraynş" - 1.

G qrupu

23:00. "Feyenoord" (Hollandiya) - "Yanq Boyz" (İsveçrə)

23:00. "Reyncers" (Şotlandiya) - "Portu" (Portuqaliya)

Xal durumu: "Yanq Boyz" - 6, "Portu" - 4, "Reyncers" - 4, "Feyenoord" - 3.

H qrupu

24:00. "Espanyol" (Espanyol) - Lüdoqorets" (Bolqarıstan)

24:00. "Ferentsvaroş" (Macarıstan) - MOİK (Moskva, Rusiya)

Xal durumu: "Espanyol" - 7, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 4, MOİK - 0

I qrupu

24:00. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)

24:00. "Aleksandriya" (Ukrayna) - "Sent-Etyen" (Fransa)

Xal durumu: "Gent" - 5, "Volfsburq" - 5. "Sent-Etyen" - 2, "Aleksandriya" - 2.

J qrupu

24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Roma" (İtaliya)

24:00. "Volfsberq" (Avstriya) - "Başakşehir" (Türkiyə)

Xal durumu: "Roma" - 5, "Başakşehir" - 4, "Volfsberq" - 4, "Borussiya" - 2.

K qrupu

24:00. "Braqa" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)

24:00. "Vulverhempton" (İngiltərə) - "Slovan" (Bratislava, Slovakiya)

Xal durumu: "Braqa" - 7, "Vulverhempton" - 6, "Slovan" - 4, "Beşiktaş" - 0.

L qrupu

19:50. "Astana" (Qazaxıstan) - AZ (Hollandiya)

24:00. "Mançester Yunayted" (İngiltərə) - "Partizan" (Serbiya)

Xal durumu: "Mançester Yunayted" - 7, AZ - 5, "Partizan" - 4, "Astana" - 0.


Digər xəbərlər:
Şərhlər
avatar