Avropa İttifaqı ilk dəfə Aleksandr Lukaşenkonu `Şərq Tərəfdaşlığı` sammitində gözləyir
10.10.2017 550 0.0 0

Avropa İttifaqı (Aİ) noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində Belarus Prezidenti Aleksandr Lukaşenkonun da iştirakını gözləyir.

Məlumata görə, bu barədə "Azadlıq" radiosuna Aİ-dəki mənbə bildirib.

Aİ nümayəndələri Belarusun "Şərq Tərəfdaşlığı" proqramının digər beş üzvü - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna kimi sammitə "məhdudiyyətsiz" dəvət aldığını qeyd ediblər.

Bundan əvvəlki dörd "Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində Aİ Aleksandr Lukaşenkonu görmək istəmədiyini açıq şəkildə bəyan edib.

Sammitdə iştirakla bağlı "Şərq Tərəfdaşlığı" ölkələrinə dəvət oktyabrın 6-da göndərilib.

Xatırladaq ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramının icrasına 2009-cu ildə başlanılıb. Onun təşəbbüskarı qismində Polşa və İsveç çıxış edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar