AVRO-2016 final mərhələsində bütün qruplar bəlli oldu - SİYAHI
12.12.2015 772 0.0 0

Bu gün bütün dünyanın gözü Parisə yönəlib. Qazeta.info Apasport.az saytının məlumatına əsasən bildirir ki, Fransanın paytaxtında 2016-cı ilin ən böyük yarışlarından biri sayılan Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Gələn il iyunun 10-dan iyulun 10-dək davam edəcək turnirin 24 iştirakçısı püşkatmaya qatılıb. Bakı vaxtı ilə saat 21:00-da başlayan və təkcə Avropa deyil, dünyanın əksər ölkələrində yayımlanan mərasimdə komandalar 6 qrupa bölünüb.

 

Azərbaycanlı futbolsevərlərin yaxından izlədiyi Türkiyə millisi D qrupunda mübarizə aparacaq. Fatih Terimin yetirmələri bu qrupda İspaniya, Çexiya və milli komandamızla eyni qrupda mübarizə apararaq final mərhələsinə yüksəlmiş Xorvatiya ilə qarşılaşacaqlar.

 

Qruplar aşağıdakı kimi formalaşıb:

A qrupu:

1. Fransa

2. Rumınya

3. Albaniya

4. İsveçrə

 

B qrupu:

1. İngiltərə,

2. Rusiya

3. Uels

4. Slovakiya

 

C qrupu:

1. Almaniya

2. Ukrayna

3. Polşa

4. Şimali İrlandiya

 

D qrupu:

1. İspaniya

2. Çexiya

3. Türkiyə

4. Xorvatiya

 

E qrupu:

1. Belçika

2. İtaliya

3. İrlandiya

4. İsveç

 

F qrupu:

1. Portuqaliya

2. İslandiya

3. Avstriya

4. Macarıstan 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar