AŞPA nümayəndə heyəti Ermənistana səfər edəcək
22.02.2017 1022 0.0 0

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 22-23-də Ermənistanda səfərdə olacaq.
 
AŞPA-nın saytına istinadən verilən məlumata görə, səfərin məqsədi aprelin 2-də keçiriləcək parlament seçkiləri öncəsi ölkədəki seçki kampaniyası və siyasi mühitlə tanış olmaqdır.
 
İsveçrəli məruzəçi Lilian Mori-Paskyenin başçılıq etdiyi üç nəfərlik nümayəndə heyəti paytaxt İrəvanda Ermənistan parlamentinin sədri, parlament qruplarının lider və nümayəndələri, parlamentdə təmsil olunmayan, seçkilərdə namizədlərini irəli sürəcək partiya və blokların lider və nümayəndələri, o cümlədən Ermənistanın AŞPA-dakı nümayəndələri ilə görüşlər keçirəcək.
 
Avropalı parlamentarilər Mərkəzi Seçki Komissiyasının sədri, beynəlxalq təşkilatlar, diplomatik korpus, QHT və KİV nümayəndələri ilə də görüşlər keçirəcəklər.
 
Səfərin sonunda nümayəndə heyəti bəyanat yayacaq.
 
Qeyd edək ki, Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərini AŞPA-nın 32 nəfərlik nümayəndə heyəti müşahidə edəcək./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar