AŞPA-nın yeni hәmmәruzәçisi Bakıya səfər edəcək
13.02.2015 753 0.0 0
 Avropa Şurası Parlament Assambleyasının Azәrbaycan üzrә yeni hәmmәruzәçisi, polşalı Tadeuş İvinski martın əvvəlində Bakıya səfər edəcək.

 

AŞPA Monitorinq Komitәsinin mәtbuat xidmәtindәn  verilәn mәlumata görә, sәfәr ayın ilk həftəsində gerçəkləşəcək.

 

Səfərin mәqsәdi Azәrbaycanın öhdәliklәri yerinә yetirmәsi ilə bağlı vәziyyәti öyrәnmәkdir.

 

Sәfәr proqramı artıq hazırdır. Sәfәr çərçivəsində T. İvinskinin Azәrbaycan rәsmilәri, millәt vәkillәri, hüquq müdafiәçilәri və media nümayәndәlәri ilə görüşləri gözlәnilir. 

 

Sәfәr zamanı hәmçinin noyabrda keçirilәcәk parlament seçkilәrinə hazırlıqla bağlı vәziyyәt öyrәnilәcәk. Sәfәrin yekununa dair hesabatın tәqdim edilәcәyi tarix isә Monitorinq Komitәsinin martın 17-dә keçirilәcәk iclasında müəyyən ediləcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar