«ASAN xidmət» mərkəzlərində «check-up» müayinələri aparılacaq
29.08.2016 727 0.0 0

Yaxın müddətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən “ASAN xidmət” mərkəzlərində “check-up” müayinələrə başlanılacaq.

 

RMDM-dən verilən məlumata görə, müayinələr ilkin olaraq 1 saylı Bakı “ASAN xidmət” mərkəzində keçiriləcək.

 

Sonra müayinələr digər “ASAN xidmət” mərkəzlərini də əhatə edəcək.

 

Cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək. “Check-up” müayinələrinin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar