Araşdırma: Yer üzündə ilk insanlar hesab olunduğundan 100 min il əvvəl meydana gəlib
08.06.2017 775 0.0 0

Homo sapiens 300 min il əvvəl artıq Afrikada yaşayıb. Bu isə indiyə qədər hesab olunan zamandan 100 min il əvvəldir.

Qazeta.info Report-a istinadla  xəbər verir ki, bu barədə "Nature" jurnalında nəşr olunan araşdırmada deyilir.

Paleontoloqlar Mərakeşdə tapılan qalıqları təhlil edib və belə qənaətə gəlib.

Homo sapiensin ilk qalıqları Mərakeşin Cebel İrhud bölgəsində ötən əsrin 60-cı illərində aşkar edilib. 2004-cü ildə köhnə tapıntılara daş artefaktlar və heyvan qalıqları əlavə edilib. Əvvəlcə arxeoloji tapıntıların yaşının 200 min il olduğu bildirilirdi. Amma yeni təhlillər nəticəsində onların azı 300 min il əvvələ aid olduğu müəyyənləşib. Bunu termolüminessensiya ölçməsi (nümunənin qızdırılması ilə əldə olunan enerjinin ölçülməsi -red.) ilə müəyyənləşdiriblər.

Qalıqlar beş müxtəlif insana məxsus olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar