Almaniyada müsəlmanların məzarları naməlum şəxslər tərəfindən dağıdılıb
02.01.2022 308 0.0 0

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.

Qazeta.info  “Report” a istinadən xəbər verir ki, Almaniyada müsəlman qəbiristanlıqlarına hücumlar davam edir. Naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb.

Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar.

Müsəlmanların məzarlarının Yeni il axşamı yerli vaxtla gecə saat 01:30 və ya 02:00 radələrində baş verdiyi təxmin edilir.

Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar. Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar