AZƏRBAYCANDA YOL QƏZASINDA 313 NƏFƏR ÖLÜB
14.01.2015 1046 0.0 0
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ötən il paytaxtda baş verən yol qəzalarının statistikasını açıqlayıb.

 

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, 2014-cü il ərzində paytaxt Bakıda 901 yol qəzası qeydə alınıb. Baş verən qəzalarda 313 nəfər ölüb, 894 nəfər xəsarət alıb.

 

Məlumata görə,  2013-cü illə müqayisədə 2014-cü ildə baş verən yol qəzalarının sayı 110 fakt, yaralı sayı 106, ölənlərin sayı isə 29 fakt azalıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar