Almaniyada mühacir alverində şübhəli bilinərək saxlanılan azərbaycanlıların adları açıqlanıb - SİYAHI
14.11.2019 529 0.0 0

Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb. 

Qazeta.info APA istinadən xəbər verir ki, bu barədə Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb. 

O bildirib ki, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: "Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış".

Həbib Müntəzir qeyd edib ki,  Almaniya polisi tərəfindən saxlanılanlardan 7 nəfərinin adını dəqiqləşdirə bilib: "Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;

Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;

Abdin Cavadov - Müsavat AKM-in üzvü; 

Mehdi Xəlilbəylinin qohumu; 

Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri;

Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir; 

Mehdinin sürücüsü Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar