Almaniya müdafiə naziri İŞİD- lə mübarizə üçün yeni təklif verib
30.11.2015 554 0.0 0

Almaniya Federativ Respublikasının müdafiə naziri Ursula fon der Leyen İŞİD terror qruplaşması ilə mübarizədə müvəqqəti siyasi ittifaq yaradılmasına çağırıb.

 

 "lenta.ru"ya istinadən verilən xəbərə görə, bu barədə DPA agentliyi məlumat yayıb.

 

Ursula fon der Leyen bildirib ki, İŞİD-ə qarşı mübarizə Fransa, ABŞ, Almaniya, Çin, Rusiya, Türkiyə, İran və digər ərəb dövlətləri üçün prioritet olmalıdır. O deyib ki, yeni alyansın əsas məqsədi qruplaşmanı zəiflətmək, onun yayılma arealını məhdudlaşdırmaq, ekstremistlərin düşərgələrini məhv etmək, şəhərləri yenidən onların əllərindən almaqdan ibarətdir. Almaniyalı nazir mötədil müsəlmanlara müraciət edərək onları İŞİD-dən uzaq durmağa çağırıb: “Siz İŞİD-in İslamla heç bir əlaqəsi olmadığını göstərməlisiniz”.

 

"Bild" qəzeti isə Almaniya Silahlı Qüvvələrinin İŞİD-ə qarşı hərbi əməliyyatlara qatılmaq üçün Bundesverin 1,2 min hərbçi göndərə biləcəyi ilə bağlı məlumat yayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar