Alimlər müstəqil hərəkət edən rekord sayda planet aşkar ediblər
07.01.2022 118 0.0 0


Alimlər Yer kürəsindən 420 işıq ili uzaqlığında kosmik məkanda müstəqil şəkildə hərəkət edən rekord sayda planet aşkar ediblər.

Bu hələ müşahidə edilmiş kiçik kosmik sahədə hərəkət edən planetlərin sayıdır.  Məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, bütün Süd Yolu qalaktikasında qravitasiya öz ulduzu ilə qravitasiya əlaqəsinə sahib olmayan milyardlarla aşkar edilməmiş bu cür planet mövcuddur.

Alimlər bu halın irimiqyaslı olduğunu güman etmirdilər. Bunun fonunda nəhəng asteroidlər Yer kürəsinə təhlükə mənbəyi olan yeganə kosmik obyektlər deyillər.

Qeyd edək ki, kosmik məkanda müstəqil şəkildə hərəkət edən planetlər hələ 20 il bundan öncə aşkar edilib. Lakin onların necə yarandıqları hələ də sirr olaraq qalır. Elm sahəsi bu cür planetlərin ulduzlararası soyuq məkanda yaranıb-yaranmadıqlarını dəqiq bilmir.

Ulduzlararası kosmik məkanda hərəkət edən az sayda planet aşkar edilib. Bu isə öz növbəsində onların araşdırılması prosesini qəlizləşdirir. İspaniyadan, Fransadan və Yaponiyadan olan astronomlar 20 il ərzində bu məsələ ilə bağlı 100 TB həcmində məlumat yığıblar.

Alimlər Əqrəb-Sentavr adlı ulduzlar assosiasiyasını müşahidə ediblər. Məlumat üçün bildirək ki, ulduzlar assosiasiyası zəif qravitasiya əlaqəsinə sahib olan və ya ümumiyyətlə olmayan cavan ulduzlar qrupudur. Bu cür ulduzlar eyni mənşəyə sahibdirlər və olduqca cavandırlar.

Onların yaşı bir neçə 10 milyon ili keçmir. Beləliklə, alimlər Əqrəb-Sentavr adlı ulduzlar assosiasiyasını analiz edən zaman fon ulduzları ilə qalaktikaları istisna edərək ulduzlararası məkanda müstəqil şəkildə hərəkət edən 70-170 ədəd planetdən ibarət kataloq tərtib ediblər.

Həddindən artıq uzaq məsafə (420 işıq ili) aşkar edilmiş planetlərin kütlələrini təyin etməyə imkan verməyib. Lakin buna baxmayaraq, sözügedən araşdırma Süd Yolu qalaktikasının ulduzlararası kosmik məkanında hərəkət edən bu cür planetlərin çoxluğunu sübut edib. Ola bilər ki, onların sayı ulduzlarının ətrafında dövr edən adi planetlərin sayından daha çoxdur.

ted.az


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar