Ailəsi Türkiyəni qəfil tərk edib: Rza Zərrab işində müəmmalı məqam
05.12.2017 1080 0.0 0

Hazırda ABŞ-da haqqında məhkəmə işi davam edən Azərbaycan əsilli Türkiyə və İran vətəndaşı Rza Zərrab Türkiyə hökuməti əleyhinə ifadələr verib.

Nyu-Yorkda haqqında məhkəmə prosesi davam edən iş adamı Rza Zərrab barəsində yeni məlumat yayılıb.

 "Timeturk"-ə istinadən xəbər verilir ki, məlumatı Türkiyə hüquq-mühafizə orqanları yayıb.

Belə ki, Zərrab Amerikaya gedərkən, eyni tarixlərdə atası Hüseyn Zərrab, qardaşı Məhəmməd, nənəsi Şəbnəm Zərrab da Türkiyəni tərk ediblər. Bu fakt özü bir daha sübut edir ki, ABŞ-da davam edən məhkəmə işi əvvəlcədən planlanıb.

Xatırladaq ki, hazırda ABŞ-da haqqında məhkəmə işi davam edən Azərbaycan əsilli Türkiyə və İran vətəndaşı Rza Zərrab Türkiyə hökuməti əleyhinə ifadələr verib. O, İrana qarşı beynəlxalq sanksiyaları pozmaq müqabilində türkiyəli nazirlərə rüşvət verdiyini etiraf edib./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar