Aeroport yolunda 250 manatlıq сərimələnmək üçün tələ qurulub (VİDEO)
24.05.2017 780 0.0 0

Aeroport şossesində quraşdırılan yol nişanı çaşqınlıq yaradıb.

 

Məlumata görə, bu barədə "Avtostop" layihəsinin rəhbəri Tural Yusifli görüntü paylaşıb.

 

Videodan da göründüyü kimi şossedə göstərilən tabloda olan sürət həddi bir neçə metr sonra qəfil azaldılıb. Belə ki, sürət həddi yolda 100-dən 40-a endirilir.

 

Yəni siz sol 100-lük yolda avtomobillə hərəkət edərəkən qəfil sürəti 60 km. sürət azaltmalısınız. Yeni quraşdırılan yol nişanına diqqət etməyən sürücülər qarşıda radar quraşdırılacağı təqdirdə saatda 60 km sürəti aşıb qayda poza və 250 manat cərimələnə bilər. 

 

Tural Yusifli qeyd edir ki, yüzlərlə sürücü bu nişanı görmür və öz sürəti ilə idarə edir. Onun sözlərinə görə, bu yeni nişanın quraşdırılması düzgün deyil./Baku.ws/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar