Abşeron rayonunda qohumlar arasında dava düşüb, bir nəfər qətlə yetirilib
25.12.2015 440 0.0 0

 

 

Məlumata görə, hadisə toydan bir gün əvvəl təşkil olunan “ciyər axşamı”nda düşən mübahisə bir nəfərin ölümünə səbəb olub.

 

Hadisə Saray qəsəbəsinindəki Rövşən Nəbiyev küçəsi 23 ünvanında qeydə alınıb. Toya hazırlıq görən Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün “ciyər axşamı” məclisi təşkil ediblər. Məclisdə iştirak edən qonaqlardan biri - ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zamanı Arif Ağayev bıçaq çıxarıb. Ev sahibinin başqa bir qohumu, 45 yaşlı Əlibaba Məmmədov dalaşanları ayırmaq istəyib. Bu zaman bıçaq Əlibalanın döş nahiyəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Cinayəti törətməkdə şübhəli bilinən Arif Ağayev Əlibala Məmmədovun öldüynü gördükdən sonra hadisə yerini tərk edib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onun yerinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar