ABŞ və Şimali Koreya arasında ehtimal edilən — NÜVƏ MÜHARİBƏSİNİN SSENARİSİ
12.12.2017 827 0.0 0

ABŞ və Şimali Koreya arasında ehtimal edilən nüvə müharibəsinin ssenarisi yazıldı.

 

Qazeta.info "Ölkə.Az" -a istinadla xəbər verir ki, Ceffri Lyuis Koreya yarımadasındakı toqquşmanın başlama ssenarisini qələmə alıb. 

"The Washington Post" qəzetində dərc edilən məqalədə hadisələr bu şəkildə inkişaf edir:

"2019-cu ilin mart ayında sərhədləri yaxınlığında müntəzəm baş verən manevrlərdən bezən Şimali koreyalılar səhvən sərnişin təyyarəsini ABŞ bombardmançı təyyarəsi zənn edərək vururlar. Buna cavab olaraq Cənubi Koreyanın prezidenti Mun Ja sərhəd bölgədəki hədəflərə hücum əmri verir".

Yaponiya və Cənubi Koreyaya böyük zərbə

"Eyni zamanda ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində "Kiçik raket adam uzun müddət davam gətirə bilməz" - deyə yazır. Rəsmi Pxenyan isə bu ifadələri birbaşa təhdid və nüvə hücumu üçün bir siqnal kimi qəbul edir. Şimali Koreya 48 raketdən 36-sını atır. Raketlərin bir qismi hədəfə çatmasa da, Yaponiya və Cənubi Koreyadakı hədəflərə böyük zərbə endirilir".

Vaşinqton hücuma məruz qalır

"Digər tərəfdən ABŞ Şimali Koreyaya qarşı hücuma keçir. Kim Çen İn də əlində qalan raketlərin də atılmasını əmr edir. San Dieqo və Pearl Harbor hərbi bazaları, Nyu-York və Vaşinqton şəhərləri hücuma məruz qalır".

Manhettendə bir milyondan çox insan həlak olur

"Raketlərin üçdə ikisi ABŞ hava hücumundan müdafiə sistemi qalxanından keçir. Manhetten şəhərinə düşən raketlər 1 milyondan çox insanın ölümünə səbəb olur. Vaşinqtonda isə 300 min sakin ölür. Tramp Floridadakı sığınacağa sığınır və sağ qalır. Kim Çen İnin meyiti də sığınacaqda aşkar edilir. Şimali Koreya lideri intihar edir".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar