ABŞ və 8 Avropa ölkəsi Arktikada hərbi təlimlərə başlayıb
25.05.2015 635 0.0 0

ABŞ və 8 Avropa ölkəsi mayın 25-də Arktikada birgə hərbi təlimlərə başlayıb. 

Məlumata görə, təlimlərə 100 qırıcı təyyarə və 4 min hərbi qulluqçu cəlb edilib.

Norveç, İsveç və Finlandiyanın şimal bölgələrində keçirilən təlimlərdə məqsəd, Rusiyaya sərhəddinə yaxın olan şimal ölkələrin qarşılıqlı hərəkətini yoxlamaqdır.

Bu, 2015-ci ildə Avropada keçirilən ən böyük, 2013-cü ildən bu yana isə ikinci böyük hərbi təlimdir.

Təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Niderland və Norveç, o cümlədən NATO ölkələri olmayan İsveç, Finlandiya və İsveçrə iştirak edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar