ABŞ Səudiyyə Ərəbistanına 110 mlrd. dollar dəyərində silah-sursat tədarük edəcək
20.05.2017 724 0.0 0

Ər Riyadda bu gün ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 mlrd. dollar olan  bir neçə hərbi kontrakt imzalanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədlərin imzalanması mərasimində ABŞ prezidenti Donald Tramp və dövlət katibi Reks Tillerson iştirak edib.

 

Ağ Evin nümayəndəsinin sözlərinə görə, kontraktlar ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində  əməkdaşlığı xeyli genişləndirəcək və sabitliyin təmin edilməsinə xidmət edəcək: “Müqavilələr krallığın bütün region üzrə antiterror əməliyyatlarda iştirak imkanlarını genişləndirərək ABŞ hərbçilərinin bu sahədə üzərinə düşən ağırlığı yüngülləşdirəcək”.

 

Ağ Evin nümayəndəsi vurğulayıb ki, qeyd olunan kontraktlar “İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacaq”

 

Ağ Ev hesab edir ki, kontraktlar ABŞ-da on minlərlə iş yerinin açılmasına səbəb olacaq.  

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə ABŞ və Çindənn sonra üçüncü yerdədir.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar