ABŞ rəsmiləri Gülənin ekstradisiyası ilə əlaqədar Türkiyəyə səfər edəcək
20.08.2016 572 0.0 0

ABŞ Ədliyyə nazirliyinin nümayəndə heyəti yaxın günlərdə Fəthullah Gülənin işi üzrə ittihamlarla tanış olmaq üçün Türkiyəyə səfər edəcək.

 

Məlumata görə, bu barədə “Blumberq” agentliyinə Obama administrasiyasındakı mənbə bildirib.

 

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülənin ekstradisiyası üçün rəsmi Vaşinqtona bütün lazımi sənədlər və materiallar daxil olmaqla rəsmi sorğunun göndərildiyini bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar