ABŞ Milli Təhlükəsizlik Agentliyinə yeni direktor təyin edildi - KİM?
15.02.2018 825 0.0 0

ABŞ-ın ən məxfi orqanı - Milli Təhlükəsizlik Agentliyinə yeni direktor təyin edilib.

 

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, ABŞ prezidenti Donald Tramp bu vəzifəyə general-leytenant Pol Nakasoneni təyin edib.

 

Qeyd edək ki, onun təyinatını bundan sonra Konqresin Senatı təsdiq etməlidir.

 

Bildirilir ki, P.Nakasone eyni zamanda ABŞ Hərbi Qüvvələrinin Kiber Komandanlığına da rəhbərliyi həyata keçirəcək.

 

Onun kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssis olduğu qeyd olunur.

 

54 yaşlı P.Nakasone 2016-cı ilin oktyabrından ABŞ quru qoşunlarının Kiber Komandanlığına rəhbərlik edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar