ABŞ əks-kəşfiyyatı Maykl Flinnin Rusiya ilə əlaqələrinə dair təhqiqat aparıb
23.01.2017 846 0.0 0

ABŞ əks-kəşfiyyatı prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin şübhəli əlaqələrinə dair təhqiqat aparıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr bildirib ki, onda təhqiqatın nə vaxt başlaması və əlaqələrlə bağlı hər hansı sübutun olması haqda məlumat yoxdur. Bununla yanaşı, Ağ Evdə də bu məsələ barəsində heç nə bilmirlər.

Eyni zamanda, əks-kəşfiyyatın narahatlığı üçün səbəb Vaşinqtonda Rusiya Federasiyasının səfiri Serqey Kislyakla Flinnin əlaqələri haqqında xəbərlər ola bilər. Bildirilirki, 2016-cı ilin 29 dekabrında – ABŞ-ın keçmiş prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəndə onlar beş dəfə telefon vasitəsilə əlaqə saxlayıblar.

"Təhqiqat bu əlaqələrin mahiyyətini açmalı və onların əlaqəsinin qeyri-qanuni olub-olmamasını göstərməlidir" – deyə "The Wall Street Journal" bildirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar