ABŞ kəşfiyyatı Şimali Koreyada raket buraxılışına hazırlıqların getdiyini müəyyən edib
14.09.2017 591 0.0 0

ABŞ kəşfiyyatı Şimali Koreyada raket buraxılışına hazırlıqların getdiyini müəyyən edib.

"NBC News"a istinadən verilən məlumata görə, bunu kəşfiyyatdakı mənbə bildirib.

Qeyd edək ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini yekdilliklə dəstəkləyib.

Sənəd Şimali Koreyanın toxuculuq məhsullarının alınmasına, bu ölkəyə qaz kondensatının satılmasına qadağa qoyur və Şimali Koreya limanlarından çıxan və ora gedən yük gəmilərinin yoxlanmasını nəzərdə tutur.

Qətnamə Şimali Koreyaya neft məhsullarının satışını məhdudlaşdırır - bu ilin sonunadək maksimum 500 min barel və 2018-ci ilin yanvar ayından başlayaraq il ərzində maksimum 2 milyon barel.

Qətnamə BMT-yə üzv ölkələrə Şimali Koreya vətəndaşlarına şləmək üçün icazə verilməsinə qadağa qoyur, humanitar yardım və denuklearizasiya halları istisna olmaqla./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar