ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektə `Zeytun budağı` adı verilib
14.02.2018 706 0.0 0

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirilib. 

"Hürriyet"ə istinadən xəbər verilir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisinin toplantısında qərar qəbul olunub. 

Qərara görə, Ankara şəhərində ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan prospekti bundan sonra "Zeytun budağı" adlanacaq. 

Bundan əlavə, paytaxtın müxtəlif rayonlarındakı "Gülən" adlı 7 küçə və prospektə də, müvafiq olaraq, Vətən, diriliş, bayraq, qayı və hilal adlarının verilməsinə qərar verilib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar