«ABŞ İŞİD terrorçularını silah, pul və ərzaqla təchiz edir»
19.04.2015 950 0.0 0

"ABŞ İŞİD terrorçularını silah, pul və ərzaqla təchiz edir". Məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi deyib.

"Biz belə bir məlumat əldə etmişik ki, amerika təyyarələri İŞİD-in nəzarəti altında olan hava limanlarında eniş edir və oradan havaya qalxırlar. Birləşmiş Ştatlar İŞİD-çilərə silah, pul, ərzaq göndərib sonra da üzr istəməməlidir ki, guya bunu səhvən edib. Amerikalılar yalnız sözdə deyirlər ki, guya İŞİD-in qarşısını almaq istəyirlər. Əməldə isə biz tamam başqa şey görürük - onlar müşahidə edir və kəşfiyyat aparırlar", - deyə general-mayor bildirib.

Onun sözlərinə görə, artıq yaxın vaxtlarda terrorun şiddətli dalğası ABŞ və Avropanı da əhatə edəcək. "Biz ümid edirik ki, amerika və britaniya hakimiyyəti heç olmazsa, öz xalqları üçün İŞİD-ə qarşı mübarizə aparacaqlar", - deyə Həsən Firuzabadi yerli KİV-lərə müsahibəsində qeyd edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar