ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycanda səfərdədir
08.11.2016 462 0.0 0

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun ictimai diplomatiya departamentinin direktor müavini Lillian deValkort Ayala Azərbaycanda səfərdədir.

 

Məlumata görə, səfər noyabrın 7-də başlayıb və 3 gün davam edəcək. O, ABŞ-ın Azərbaycandakı səfirliyinin işi ilə tanış olacaq və Azərbaycanda medianın vəziyyəti ilə maraqlanacaq.

 

Bu gün Dövlət Departamentinin əməkdaşı Azərbaycanın media nümayəndələri ilə görüş keçirib. O, sabah universitet tələbələri ilə görüşəcək. 


Lillian deValkort Ayala Azərbaycandan sonra Gürcüstan və Ermənistana gedəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar